Zaur Ustac Oriyentir Ulduzu

Y - копия - копия (12) - копия - копия

 

Zaur  Ustac

 

 

 

 

ORİYENTİR

 

ULDUZU

 

 

 

 

 

 

 

BAKI- 2012

 

 

Naşir:  Xəqani

 

 

 

 

 

 

 

Bu kitab  Azərbaycan Respublikasının Milli Qəhrəmanı gizir İbrahimov MÜBARİZİN

əziz xatirəsinə həsr olunur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Üçüncü nəşr: 20.06.2012.

 

 

                    birinci fəsil

 

17.06.2010-cu il saat 21:00  “TG”  istiqamətində təmas xətti

 

 

 

 

-Seyid,  indi ANS-in xəbəri başlayacaq, televizoru açaq? -əsgərlərdən biri soruşdu.

-Aç. Aç, görək nə deyirlər…

Elə bil, televizor da hazır dayanmışdı, qoşulan kimi 21 xəbərinin başlandığını bildirən çarx getməyə başladı.

-Bax, o, çiynində kamera olan oğlan var ha, onu tanıyıram, adı Azərdi… Köhnə məhəllədə qonşu idik! – əsgərlərdən biri dilləndi.

-Ayə sən də elə hər xəbər başlayanda onu deyirsən…- yerdən  söz atdılar.

– Neyniyim e…

– Sakit durun, görək nə deyirlər! – axır ki, Seyid dilləndi.

Bilindaja ani bir sükut çökdü. Düzü, bura bilindaj deməyə adamın dili də gəlmir. Sizdə təxmini təsəvvür yaratmaq üçün deyə bilərəm ki, adi tələbə yataqxanasındakı otağın şəraitindən qat-qat yaxşı şəraiti var; həftədə bir dəfə dəyişdirilən yataq ağları, əl, ayaq dəsmalları, bayırda ayrıca hamamı, fasiləsiz elektirik enerjisi. Qəza halları üçün nəzərdə

 

 

tutulan, əsgərlərin öz aralarında “divijok” adlandırdığı, benzinlə  işləyən elektirik generatoru və s. Bütün bunlardan əlavə, kütləvi qırqın silahlarının tətbiqinin nəticələri də nəzərə alınmaqla müdafiə məqsədi ilə möhkəmləndirilmiş bir otaqdan söhbət gedir. Yəni bilindaj dediyimiz otaq, döyüş üçün əsil topdağıtmaz qala olmaqla bərabər, istirahət üçün də üç ulduz bir otel nömrəsindən geri qalmır.

-“Ağdamın Yusifcanlı, Tərtərin Qızıloba kəndləri istiqamətində ermənilər atəşkəsi pozmuşlar. Düşmən cavab atəşi ilə susdurulmuşdu…”- aparıcının səsi eşidildi.

– Pozmadıqları gün olur ki???- Seyid ayağa durdu.

Zərblə əlini stolun üstünə elə vurdu ki, nə yaxşı dəftər-kitabdan başqa heç nə yox idi… Az qala bütün bilindaj silkələndi.

-Pozublar, pozublar… Qurban olum, ay ALLAH, sən özün mənə səbr ver… – deyə-deyə Seyid bayıra çıxdı, tranşeylə lap ön müşahidə nöqtəsinə gəldi. Üzü dağlara tərəf baxdı, baxdı, baxdıqca göz dağına çevrilmiş bu dağlar ağırlığında suallar sıxmağa başladı onu. Görəsən, “HÜCUM” əmrini çoxmu gözləyəcəyik???  Qurban olum , ay ALLAH, Ali Baş  Komandan bircə, bu “HÜCUM” ƏMRİNİ VERSƏYDİ!!!  Bəs, bu torpaqları kim azad edəcək? Bəs, bu dağlardakı səngərlədə neçə illərdir torpağa tapşırılacağı günü gözləyən igid-ər şəhidlərimizin sümüklərini nə vaxt yığıb mənzilinə çatdıracağıq??? Düşünə- düşünə dərə boyu daglara baxdı. İndi onun baxışları dağlara zillənsə də, dağların arxasında da nə olduğunu gün kimi aydın görürdü… Halbuki, o, heç Çaylıda da olmamışdı, amma postdakı bütün əsgərlər kimi o, da bilirdi ki, dərədə, daşı daş üstə qalmayan, bu, kənd Çaylıdı. Adından da göründüyü kimi vaxtında çox səfalı, axarlı-baxarlı kənd olub. Dərə boyunca dağlara – Talışa tətəf – qalxanda, Gülüstan, birinci görünən dağı aşdıqdan sonra Madagiz, sonra hər yerdə gölqırağı, çayqırağı üzü Günbatana sağ tayla, dağ cığırı ilə gedib çıxırsan yol ayrıcına, ayrıc dərədədi, köhnə ferma binası da var dərədə. Fermanın yanında dağ yolu ilə təxminən iki saat dolama yollarla sağ tərəfə qalxsan, Dəstəgüldü. Dəstəgüldə qışda qar dizdən olsa da dərədəki bulağın başında artıq Fevral ayının ortalarında qarın, buzun içində bənövşələr açır. O, bənövşələrin qurusu indidi də postdakı köhnə dəftər- kitabların arasında durur, təzələrini dərməyincə uşaqlar atmaq istəmirlər. Necə olsa da bu quru bənövşələr də VƏTƏN   TORPAĞININ bir nemətidir axı, bundan əlavə hər quru bənövşənin öz tarixçəşi var, hər  quru bənövşə bir əsgər yadigarıdır… Dəstəgüldən sonra üzü Günbatana aşırımlar aşsan Keçəldağ, sonra Murova qədər gedib çıxarsan… Fermanın yanından  dolamalarla sol tərəfə qalxsan, Tonaşen -1, Tonaşen-2, Tonaşen-3… Əgər ermənilər dağıtmayıbsa, yolqırağı kilsə də olmalıdı- kəşfiyatçılarımız yolüstü həmişə orda dayanıb dincələr, siqatet çəkmək istəyənlər siqaret çəkərmiş ya da oranı görüş yeri təyin edib döyüş tapşırığın yerinə yetirdikdən sonra orda görüşüb, birlikdə qayıdarlarmış…

İndi, Seyid Çaylıya baxır, baxır  baxdıqca da nəzərləri ölü bir nöqtədə ilişib qalır, fikir-xəyalında isə İrəvana dogru yol başlayırdı bu Çaylıdan, gözünü çəkə bilmirdi bu Çaylıdan, göz dağına çevrilmişdi bu ÇAYLI… Düşünürdü; lap qoy olsun bu kəndə bir tabor, taborun dayaq məntəqəsi. Qoy olsun bu şərəfsizlərin adam tapıb doldura bilmədikləri ala-yarımçıq ştatla 100-120 nəfər. Aləm bir-birinə qarışsa, qoy bu şərəfsizlərə 20-30 şərəfsiz də köməyə gəlsin. O da gəlib çata bilsə… Ayə Vallahi heç nə yoxdu, bu 150-160 kölgəsindən qorxan dığa nədiki, bir əmr ola lap İravana qədər gedərəm…

Seyid fikirləşə-fikirləşə özünə o qədər arxayın olurdu ki, xəyalında canlandırdığı Çaylıdakı tabor indi onun gözündə uşaq vaxtı hardasa qarşılaşdığı ən zəif, ən çəlimsiz uşaqdan da zəif görsənirdi. Bir sözlə Seyidin gözü bu taboru çoxdan yemişdi…

  • Seyid yenə nə fikirləşirsən?– bu səs Seyidi sanki

yuxudan oyatdı.

– Nə bilim e Vallah,bir şeyi başa düşə bilmirəm ki,

bu şərəfsizlərin oyunbazlıqlarına nə qədər dözəcəyik? “Qrajdaniski”-də dözmək olmur, deyirsən gedim orduya. Orduda  dözmək olmur, deyirsən gedim ön cəbhəyə. Burda heç durmaq olmur- şərəfsizlər hər gün gözünün qabağında min hoqqadan çıxırlar… Lap dəli oluram. Ya  Allah sən özün mənə səbr ver…

Seyid blindaja  keçdi,  yerində oturub bir çay içdi.

Elə bil, nəsə ürəyinə dammışdı, ancaq  yenə sabah bu vaxt nələr olacağından əsla xəbəri yox idi… Ola bilsin bəlkə də seyid fəhmı ilə nəsə duymuşdu…

Xüsusən, son vaxtlar  onda belə bir fikir yaranmışdı ki, Uca Tanrı istədiyi bəndəsinə lazımi məqamda, haqq işi üçün elə bir güc verər ki, böyük bir ordu da bu gücün qarşısında aciz qalar. Necə ki, uzaq keçmişimizdə Həzrəti Əli Allahin iradəsiylə düşmən ordusu ilə dəfələrlə təkbaşına döyüşə girmiş, həmişə də onun köməkliyi ilə qalib olmuşdu. Seyidin diqqətini çəkən yaxın keçmişimizdə, Çanaqqala döyüşlərinin əfsanəvi qəhrəmanlarından biri olan topçu əri Mehmet oğlu Seyit Çavuşun başına gələnlər idi – həmin qanlı döyüşdə Seyit Çavuşun atdığı bir mərmi döyüşün taleyini həll edən amillərdən biri olmuşdu, ancaq burada Seyidin diqqətini çəkən Seyit Çavuşun mərmini necə atması idi. Deməli, növbəti düşmən mərmisi partlayandan sonra Seyit Çavuş görür ki, top, Əli adlı başqa bir əsgər yoldaşı ilə onun ümidinə qalıb. Düşmən gəmiləri də sahilə yaxınlaşır, yəni əsgər şərəfinin, vətən torpağının bundan ağır və çıxılmaz vəziyyəti ola bilməz. Əsgər yoldaşı Əli ilə bu müşkülü dartışırkən, Seyit Çavuş özündə elə bir güc hiss edir ki, təxminən 300 kg-a yaxın mərmini təkbaşına bir neçə dəfə topa qoyub, atəş edir axır ki, düşmənin ən ünlü gəmilərindən birin vurur… Ağır, sürüşkən mərmiləri götürmək, bir neçə pilləkən qaldırıb, topun lüləsinə yeritməkdən əlavə  burda iki maraqlı məqam Seyidi düşündürürdü; birincisi, nə Seyit Çavuş, nə də yoldaşı Əli tuşlayıcı, nişançı deyildi, sadəcə heyət nəfəri idi, ikincisi isə, bu hadisə məşhur olandan sonra komandiri fotoqrafçı gətirdir istəyir ki, mərmini qaldıran vəziyyətdə Seyit Çavuşun şəklini çəkdirsin, ancaq Seyit mərmini qaldıra bilmir ki, bilmir… Düşünə-düşünə Seyid özü üçün yəqinləşdirdi ki, Cənabi- Haqq istədiyi məqamda istədiyi adama elə bir güc verər ki, uca dağlar belə insanın qarşısında duruş gətirə bilməz. Necə ki, Fərhad Şirin eşqi ilə Bisütunu yerlə bir etmişdi…

– Allahım, mənə də belə bir güc ver!!! Əllərini Haqqın dərgahına uzatdı Seyid. Nə fikirləşdisə, qələm-dəftər götürüb, yazmağa başladı:

-“Canım, atam və anam, məndən sarı darıxmayın.

İnşallah cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin.Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam- ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin.”

 

Ya Allah, sən özün mənə səbr ver. Sən özün kömək ol deyib, dəftəri örtdü. Artıq, gecədən xeyli keçmişdi. Seyid qalxıb, bilindajdan çıxdı. Yenə lap ön müşahidə nöqtəsinə getdi. Postdakı əsgərlə bir az söhbət etdi.  Ayıq ol! – tapşırdı. Atışma olsa nə edəcəyi barədə bir də soruşdu. Qayıdıb, bilindaja gəldi, öz yerinə uzandı. Baxışları qeyri-iradi tavandakı xırda bir nöqtəyə zillənmişdi. Tavana baxsa da dərə boyunca, dağların arxasında uzanan yollarla İrəvana qədər gün kimi aydın görürdü….

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

               ikinci  fəsil

 

18.06.2010-cu il “ TG “ cəbhəsi, Seyidin postu.

 

 

Bu gün  lap isti idi. Ya da, adama belə gəlirdi. Bir də isti olacaq də yayın ən oğlan çağıydı, ancaq  buna isti demək olmazdı. Vallahi elə bil, torpaqdan od qaynayırdı. Sanki, Gün dağların arxasına keçdikcə, torpaqdan qlxan isti daha da artırdı…

– Bu gün nə yaman sakitçilikdi, yəqin istiyə görə öz  deşiklərinə girib, yatıblar.- əsgərlərdən biri dilləndi.

– Bu sakitçiliyin bir zibili çıxacaq- Seyid cavab verdi.

Şərrin ilk qaranlığı ilə şərəfsizlərin ilk güllələri də gəldi. Çox maraqlı idi. Həmişəkindən fərqli olaraq, əsgərlərin “trassuyuşşi” adlandırdığı  işıqlandırıcı-yandırıcı güllələrlə düz bilindajın üstünə atırdılar. Ara-sıra ön müşahidə məntəqəsinin qabağına  “AQS” mərmiləri də düşüb partlayırdı. Sanki, dığalar, belə bilindajlarının olamamağının paxıllığın çəkirdilər…

Hətta Günün alnındakı düzün ortasında, güllənin altındakı yaxşı səngərə də paxıllıq edir bu şərəfsizlər… Çox maraqlıdır ki, əziyyət çəkib özləri düzəltmək istəmir ha, hazırına nazir olmaq istəyir bu şərəfsizlər… Özlərində olmayan ( nəyi var ki, bu bədbəxtlərin) yaxşı bir şey gördükdə əvvəlcə istərlər ağlayıb, zıqqamaqla ona sahib olsunlar, gördükdə ki, bir şey hasil olmur, başlayarlar xoruzlanmağa ki, bəs burda mənəm, Bağdadda kor xəlifə bu saat onu verməlisən mənə, bu variant da kara gəlməyən də zora əl atarlar, əl altdan iş görərlər, ayaq altı qazarlar, mənim deyil qoy onun da olmasın deyib, dağıdarlar, yandırarlar, məhv edərlər bu şərəfsizlər… Bu da onların iyrənc erməni xislətindən irəli gəlir.

Odur ki, belə bir vəziyyət Seyidin diqqətindən qaça bilməzdi. Bu şərəfsizlər kimə, nəyi nişan verirlər? Anlaya bilmədim – düşündü Seyid.

Seyid tranşeylə ön müşahidə məntəqəsinə getdi.

Hava qaraldıqca dığaların atdıqları yerlər açıq-aşkar

bilinirdi. Həmişə atdıqları yerdən- öz deşiklərindən

atırdılar. Nədənsə bu səhnə həmişə “Tom və Ceri” cizgi filmini xatırladırdı Seyidə. Özündən asılı deyildi neyləsin. Həmişə də dığalar atmağa başlayanda bu səbəbdən üzündə xəfif təbəssüm cizgiləri yaranırdı. İndi də üzündə təbəssüm, inşallah hamınızı elə o deşiklərdə su ilə boğacayıq sizə heç güllə də düşmür şərəfsizlər- düşünə-düşünə bilindaja qayıtdı. Bu “Hücum” əmri nə vaxt olacaq ay Allah?- Sualı burğu kimi beynini eşdi Seyidin…

Şəxsi heyyəti örtülü meydançada düz! – köməkçisinə  göstəriş verdi.

“SİLAHA” – köməkçinin komandasdı eşidildi.

Əsgərlər bir göz qırpımında silah-sursatlarını     götürüb, örtülü meydançada düzüldülər.

Seyid    silah otağına keçdi. YA  ALLAH  SƏN

ÖZÜN KÖMƏK OL!!! – nidası silah otağının ən

uzaq küncündəki, ən kiçik çatdakı, ən xırda cücünü də oyatdı. Seyid elə hazırlaşırdı ki, sanki, qarşıdakı döyüşdən xəbərdar idi, ancaq əsla xəbəri yox idi ki, hələ qabaqda nələr gözləyir onu. O, heç xəyalına belə gətirə bilməzdi ki, bir neçə saatdan sonra nələr olacaq… O, sadəcə uşaq vaxtı dönə-dönə oxuduğu “Koroğlu” dastanından yadında qalan Koroğlunun hər səfər qabağı “altdan geyindi  üstdən qıfıllandı, üstdən geyindi altandan qıfıllandı” deyimi ilə gerçəkləşən, “yayda bürüncəyini götür, qışda özün bilərsən” atalar sözü ilə min illərin süzgəcindən süzülüb gələn, igid ehtiyatı əldən verməz prinsipinin tələblərinə uyğun hərəkət edirdi. O, dəfələrlə komandirlərindən eşitmişdi ki,  adi bir kibrit çöpünün də həyati əhəmiyyəti ola bilər. O, çox gözəl bilirdi ki, qalibiyyətli döyüş yaxşı hazırlıqdan çox asılıdır. Odur ki, ehtiyatı əldən verməzdi heç vaxt. Bura döyüş bölgəsidi, hər an hər şey ola bilər, əsgər hər an ən qızğın, həlledici döyüşə belə, girməyə hazır olmalıdır. Düşünə-düşünə əsgərlərin “lifçik” dediyi üzərində silah-sursat daşımaq üçün çoxlu cibləri, arxasında çantası olan jiletini geydi, öz iki dəstəkli qatlama  avtomatını götürdü, əlavə sandıqları “lifçik”-in ciblərinə yerləşdirdi, nə qədər yerləşdirə bildisə o qədər əl qumbaraları götürdü, “lifçik”-in arxa cibinə əlavə patron və əlavə əl qumbaraların yerləşdirdi. Çıxmaq istəyirdi ki, üst-başına bir də baxdı- bu “yüz ölç, bir biç”  məsəlinin tələblərindən irəli gəlirdi. İki dənə də tüstü şaşkası götürdü. Silah otağının qapısından çıxırdı ki, gözü divardakı jilkaya  sataşdı. Onu da götürüb şalvarın yan cibinə qoydu. Silah otağından bayıra bir addım atmışdı ki,    “FARAĞAT”-  köməkçinin komandası eşidildi. Bu vaxt Seyidin kölgəsi örtülü meydançaya çıxmışdı.

Seyid örtülü meydançaya çıxdı, döyüşə hazır vəziyyətdə, bir cərgə düzülmüş əsgərləri gözdən keçirdi. Köməkçi sıradan bir addım qabağa çıxıb məruzə etdi:

-“Yoldaş Gizir döyüş heyyəti döyüşə hazırdır”

-“Azad”- Seyidin amiranə səsi sükutu pozdu.

-Hamı diqqətlə qulaq assın- Seyid döyüş tapşırığın və hesabatı bir daha əsgərlərə çatdırmağa başladı; əsas hesabatı hamı bilir, bu olacaq “A” qaydası, yəni bu qaydada hamı həmişəki qaydada öz yerlərin tutur, əmri məndən alır. Yox əgər qeyri-adi nəsə olsa keçəcəyik “B” qaydasına. “B”, nədi? Bu qaydada mən yoxam, əmir və göstərişləri nə qədər sağdı, köməkçidən alırsız, əgər işdi, ona da nəsə olsa, onda hərə öz komandiridi, yəni, heç kim əlavə kömək gələnə qədər durduğu yerdən bir addım da kənara atmır, tualet kimi dayandığınız yerdən istifadə edə bilərsiniz,- icazə verirəm. Lazım gəlsə hamı dayandığı yerdə ölür, ancaq bir addım qıraqda olmaz! Heç kim deməsin ki, mən yoxam; yuxarıdan baxacam, o dünyada da əlimdən qurtara bilməzsiz. Aydındır?

-“Elədiki var”!

-“Sual var”?

-“Sual yoxdur!”

Diqqət; “Düzlən”, “Farağat”  Döyüş qaydası “A” olmaqla, “Döyüşə”!!!

Əsgərlər hesabata uyğun təhkim olunduqları postlara qaçdı. Seyid özü lap öndəki müşahidə məntəqəsinə getdi. Ermənilər həmişə atdıqları yerdən ara-sıra atırdılar. Ancaq Seyid “trassiyuşşi” güllələrin uçuşduğu səmtə yox, tamam başqa tərəfə;  təpələrin qurtardığı, qaranlıq dərələrin başladığı səmtə baxırdı, sanki, nəsə axtarırdı bu qaranlıq, boz təpələrin kölgəsində. Başqa vaxt Ay işığında hər yan süd kimi aydın görünsə də, indi elə bil Ay da ermənılər tərəfdə idi, üzünü nazla göstərir, tez də qaçıb, buludların arxasında gizlənirdi. Nə olar ay Ay qardaş, bütün dünya bu şərəfsizlərin tərəfindədir, heç olmasa sən bizim tərəfimizdə ol barı, axı bayrağının üstündə sənə yer verən bizik, ermənilər deyil… Sanki, axırıncı kəlmələr Ayın lap heysiyyatına toxundu, bir anlığa da olsa, boz çöllərə, qaranlıq dərələrə süd aydınlığı gəldi.

-Aha, ora bax! – nəhayət Seyid axtardığın tapdı.

Gördüyün dəqiqləşdirmək üçün köməkçidən soruşdu:

-Oriyentir 2-dən 100 metr sağa təpənin qurtaracağına bax, gör bir şey görürsən?

– Hə, hə təpənin dibi ilə əyilə-əyilə gəlirlər. Onlar birlikdə saymağa başladılar; bir, iki, üç, dörd, beş, altı… axtardılar, axtardılar bəs yeddinci hardadır görəsən, yoxsa elə cəmi altı nəfərdilər…

Yeddinci yoxdu, hə yüz faiz altı nəfərdilər- Seyid düşündü- bu da onların adam tapıb doldura bilmədikləri manqa. Çox maraqlıdır bu altı dığa sallana-sallana nəyə gəlir? – öz-özünə fikirləşdi.

Nəhayət köməçiyə vəziyyətə uyğun tapşırıqlarını verdi:

1.Aşağı xəbər ver;

2.Keçdik “B” – yə;

3.Oriyentir 1-i keçənə qədər heç kim atəş açmır, qoyun gəlsinlər;

4.Mən getdim, Oriyentir 3-ün yaxınlığında onların arxasında olacam.

 

 

 

                üçüncü  fəsil

 

 

– “YA ALLAHIN ADI”- “DÖYÜŞƏ”!!!

 

Son tapşırıqlarını verib, gündə min yol baxışları ilə getdiyi yolu indi üzüaşağı Çaylıya tərəf getməyə başladı; ya Allah, ey Həzrəti Əliyə şir gücü  verən Allahım,  Seyit Çavuşa o gücü verən UCA TANRIM, hər şey sənə xatir, sənin adınla- mənə güc ver, düşmənin yanında xar etmə….

Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi düşündü Seyid. Bir andaca hər yan zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu  açır, bu işə öz razılığın bildirirdi.Seyid dərə aşağı elə gedirdi ki, elə bil, uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən də dəfələrlə minalandığın bilsə də, sanki, indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu.

Göz-gözü görmürdü, Seyid nə vaxt üçüncü oriyentirə çatdığını heç özü də bilmədi. Bu vaxt atəş səsi eşidildi. Güllələrdən onun yanından  keçəni də oldu. Əvvəlcə yerini möhkəmlətdi, sonra ətrafa göz gəzdirdi. Onun postundan atırdılar- nə tez çatdılar öz-özünə düşündü. Bir-iki qatar da atdılar. Bəs bu şərəfsizlər niyə atmırlar, hara yox oldu bunlar?- Seyid təmkinlə düşündü. Birdən lap yaxınlıqdan- onun 35-40 addımlığından atəş açıldı. Hə, demək burdasız- öz-özünə dedi Seyid. İndi baxaq görək vəziyyət necədir? Bir-iki qatar da qarşılıqlı güllələr uçuşdu. Seyid sanki, filim seyr edirmiş kimi izləyirdi mənzərəni. Bu dəm onun postunda tək-tək üç-dörd güllə atıldı. Elə bil, qarşısında bomba partladı; gecənin qaranlıq və sakitçiliyində qarci-qurci səslə necə vay-şivən qopdusa, Seyid bir az da diksinən kimi oldu. O, çox eşitmişdi, ancaq görməmişdi. Yəqin qan görüblər- düşündü Seyid. Səs gələn tərəfə addımlamağa başladı.Elə bil Ay da yardımçı olmağa söz vermişdi TÜRK OĞLUNA… Seyid iti, olduqca yumşaq addımlarla səsə tərəf addımlayır, qarci-qurci “arə TURKİ”, “TURKE”sözlərini aydın eşidirdi, ancaq hələ heç nə görmürdü, birdən Ay işığında nəsə parladı düz gözünün qabağında. Cəld özünü  yerə atdı. Sürünə-sürünə balaca təpənin üstündəki kolun dibinə gəldi. Səsə tərəf boylandı, Ay da öz köməyini əsirgəmədi. İndi o, beş dığanı aydın sayırdı. Bəs altıncı hanı?- bir az da qalxıb boylandı. Bunlara nə olub belə, niyə hürüşürlər görəsən?- düşündü Seyid ancaq özlərin elə itirmişdilər ki, bir-bir tutub aparsan da xəbərləri olmazdı. Bunun  ciddi bir səbəbi olmalı idi. Ay bir də parlayanda əsərin qəhrəmanı ortaya çıxdı; Seyid gördü ki, topa dayanıb, vay-şivən qoparan ermənilərin ortasında yerdə nəsə çapalayır. Diqqətlə baxanda məlum oldu ki, qan məsələsi dəqiqdi. Şərəfsizlər də yaralı yoldaşına köməklik etmək əvəzinə, başına yığışıb, vay-şivənlə həmdə yazığın olan-qalan canını alırdılar. Bu mənzərə Seyidi təəssüfləndirdi də…

Seyid indi düşünürdü ki, hansı üsulla bunların külünü göyə sovursa, daha ağıllı qərar olar; o, gah əlindəki əl qumbarasına, gah da öz iki dəstəkli avtomatına baxdı. Bəlkə, yaxınlıqda başqa da kimsə var, ya bunları müşahidə edən var? –düşündü və əl qumbarasının üzərində dayandı. İki qumbaranı hər ehtimala qarşı döyüş vəziyyətinə gətirdi, ancaq məsələni bir qumbara ilə bitirmək lazımdı ki, müşahidəçilər üçün mina mənzərəsi yaransın- onsuz da hər gecə çaqqal-çuqqal neçə mina partladır, lap hərdən ikisi dalbadal da partladığı vaxtlar olur. Seyid bir neçə addım da qabağa gedib, qumbaralardan birini necə atdısa, topa durub, hay-həşir salan ermənilərin ortasında uzanıb zarıyan yaralının qucağına düşdü. Bu da Seyidin ona göstərə biləcəyi yeganə köməklik idi… İkinci qumbaraya ehtiyac qalmadı.

Seyid özünü balaca təpənin dalında torpağa elə sıxmışdı ki, üstünə tökülən daş-kəsək də heç vecinə deyildi. Görəsən, özümə heç nə olmayıb?- düşündü, indi də içində bir təəssüf hissi baş qaldırdı; görə bilmədim, heç vaxt bilməyəcəm necə uçuşurdular havada. Yavaşca arxası üstə çevrildi, əvvəlcə bir-bir ayaqlarını, sonra isə növbə ilə əllərini,qollarını tərpətdi. Hər şey qaydasındadı- düşündü. Əslində Seyidin narahatçılığı yerində idi; çölün düzündə bu cür yaxın məsafədə əl qumbarası atmaq, atan adam üçün də təhlükəlidir. Seyid bunu çox yaxşı bilirdi- o yalnız birinci Allah- Talanın, ikinci də cəldlik və peşəkarlığının sayəsində salamat qalmışdı. O, əsla ölümdən qorxmurdu, planlarının yarımçıq qalacağından narahat idi. Beş-on dəqiqə də keçdi. Durub oturdu. Hadisə yerinə nəzər saldı, Allahdansa, tüstü də yox idi. Gecənin sükutunu pozacaq bir hənirti belə yox idi. Elə bil,  heç 10-15 dəqiqə əvvəl burda aləm bir-birinə dəyməmişdi.

Seyid   daha   20-25  dəqiqə  də  ətrafı izlədi  ki,

görsün səs-səmir var,  ya  yox. Tam sakitçilik idi. Buludlar da Ayı sərbəst buraxmışdı. Seyid Ay işığında aydın görünən dağlara, dədə-təpə düzlərə və bir də ermənilərin qarşıdakı taborunun dayaq məntəqəsinin olduğu ehtimal olunan dərəyə baxdı. Dəli şeytan deyir, get bunların hamısını biç, yüz faiz bilirəm indi hamısı toyuq-cücə kimi yatışıb- düşündü. Bəlkə gedim, bu şərəfsizləri bir yoxlayım, televizorda sərsəm-sərsm guruldayırlar, onlara AZƏRBAYCAN  ƏSGƏRİNİN nəyə qadir olduğun göstərim,- götür-qoy etdi. Ya Allah, getdim e. Dərə aşağı üzü Çaylıya tərəf getməyə başladı. Yol boyu öz-özünə düşünürdü; qoy olsun orda 100-120 kölgəsindən qorxan dığa, lap 30-40 nəfər də dovşandan qorxan  köməyə gəlsın. Hə bu kölgəsindən qorxmayanları necə ləngidə bilərik- düşünə-düşünə gəlib çıxdı yol ayrıcına. Bu nə yoldu belə? – fikirləşdi, özü də  ikisi birdən qoşa. Görəsən, hansı işləkdi? Aşağı-yuxarı baxdı; aşağı Çaylı, yuxarı dağlar. Sağa-sola baxdı, sağ da qurumuş qanqal, sol da. Hər iki yolun ortasın ot basmışdı. Nə fikirləşdisə əyilib əlinin içini yerə sürtdü. Sonra keçib o, biri yolu da  o qaydada yoxladı. Hə, bax bu yoldu maşınların gedib, gəldiyi yol- xırda qum kimi daşlar var burda- qənaətinə gəldi. İldə-ayda bir maşın gedib, gəlir belə olacaq də-düşündü. Hə, indi neyləyək ki, bunlar gələ bilməsin, heç olmasa geciksin. Şalvarın yan cibindəki jilkanı götürdü, əl qumbarasının birini işlək yolun kənarındakı ən hündür, ən yoğun quru qanqala elə bərkitdi ki, yüngül bir toxunuşla yola fırlasın. Sonra keçib birini də eyni qayda ilə yolun digər kənarında bərkitdi və jilkanı qumbaraların halqalarına tarım bağladı. Bu qayda ilə bir-birindən dörd-beş metr aralı yol boyu üç tələ və tələlərin tuşunda qanqallığın içində çal-çarpaz tələlər düzəltdi. Sonra ehtiyyatla bütün qumbaraların şpilkaların düzlədi. İndi adi bu yumuru dəmir parçaları, bu quru qanqallıqda öz şikarını gözləyən, ölüm saçan zəhərli kobraya dönmüşdü. Gözləyirdi ki, quyruğuna basasan, odunu, alovunu püskürə üzünə.

İşini tamamlayıb, yol aldı uzaqda görsənən zəif işığa tərəf. Gedək, görək orda nə var, nə yox- düşündü öz-özünə.

Həmişə bu yolla ermənilərə ya ərzaq gələrdi, ya da yoxlama. Həmişə onları tərkibində çoxlu generallar, polkovniklər olan komisiyalar yoxlayıb “5” verərdilər. İndi bu yolla onları yoxlamağa AZƏRBAYCAN ORDUSUNUN  PEŞƏKAR GİZİRİ  gəlirdi. Özü də, bu yoxlama qəfil yoxlama idi. Görək, bu şərəfsizlərin döyüş hazırlığı nə yerdədi, neçə alacaqlar bu imtahandan? – düsünə-düşünə Seyid düşmən düşərgəsinə çatdı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

     Dördüncü  fəsil

 

Düşmən taborunun dayaq məntəqəsi, burada həmçinin gələcəkdə postda durmaq üçün gənc əsgərləri hazırlayırlar. Gəlib-gedənləri nəzərə alsaq təxminən- aydın məsələdir ki, onları düzüb saymamışdıq- yüzdən  az artıq olar səxsi heyyətin sayı…

 

 

    Seyid, indi zəif işığın təxminən yüz addımlığında idi. Əgər içəridə əsgərlər yatırsa, yəqin ki, buralarda post olmalıdı- düşündü Seyid. Ətrafa diqqətlə göz gəzdirə-gəzdirə işığa tərəf irəliləyirdi ki, sağdakı əl damına oxşayan binanın tinindən bir əsgər çıxdı. Əsgər avtomatın sinəsindən aşırıb, lüləsi qabağa, əli dəstəkdə düz onun üstünə gəlirdi. Aralarında 15-20 addım olardı. Seyid ani olaraq duruxdu, ancaq tərpənmədi. Gələnə diqqətlə baxdı, düz onun üstə gəlsə də, nəsə qərəvəlli gəlirdi. Ya hələ onu görməmişdi, ya da, özlərindən biri sanırdı. Çox maraqlı vəziyyət yaranmışdı. Əsgər gəlib, düz onun qabağından keçib, getdi. Seyid gülməkdən özünü zorla saxladı; zalım oğlu ayaq üstə yatıb ki, sən bundakı məharətə bax a, yata-yata da gəzmək olarmış- düşünə-düşünə Seyid də anun arxasınca addımlamağa başladı. Seyidə bir gic gülmək gəlmişdi, özünü zorla saxlayırdı. Əsgər getdi, bu getdi, görsün axırı necə olacaq. Qəfil əsgər durdu və cəld marşurutu üzrə geri döndü ancaq hələ oyanmamışdı. Birinci addımını atdı və gözünü açdı, daş qayaya dirənmişdi. Yazıq hələ də kəsdirə bilmirdi ki, nə baş verir, qarşısındakının kim oldugundan da xəbərsiz idi. Seyid yuxarıdan aşağı gözlərinin içinə elə baxırdı ki, əlli milyonluq Azəri gəncliyinin qəzəbi, hikkəsi vardı bu baxışlarda… Yazıq ağzından süd iyi gələn dığa bu baxışların qarşısında tab gətirə bilməzdi axı… O, ya hələ oyanmamışdı- yazıq neynəsin yuxunun şirin vaxtı idi- ya da, elə ayaq üstə də ölmüşdü. Əsgər Seyidin sinəsindən idi. Seyid çox uzatmayıb, ani sıçrayışla onun boynuna mindi və yerə yıxdı. Ani bir hərəkətlə çənəsin boynun ardına fırlatdı. Dığa deyəsən, həqiqətən ayaq üstə ölmüşdü, heç cınqırın da çıxartmadı. Seyid onu ehtiyatla ağzı üstə yerə qoydu. Ye. Ye şərəfsiz ye bu torpağın tozu da sizə haramdı- deyə – deyə ağzını torpağa sürtdü – necə ki, indi haram edəcəm – dedi və dığanın kitelinin  yaxalığın buraxdı. Əsgərin silahın çəkib, boynundan çıxartdı- adi qundaqlı “5.45” avtomat idi. Zəif işığa tərəf addımlamağa davam etdi- bu işıq kazarmanın girişində, qapının üstündə yanırdı. Yanından bayraq da asılmışdı. Çox qəribə bina idi. Heç hərbiçilər qalan yerə oxşamırdi; uçuq-sökük təmirsiz bina, tamam sökülmüş çala-çula asfalt örtüklü meydaça-həyət, bizim üzüm bağlarından sökdükləri beton dirəklərdən düzülmüş səkilər. Bir sözlə sovet dönəmindən qalma hansısa idarə binası idi yəqin ki. Bura nədir ki, burdakılar da nə ola düşüncəsi ilə girişə yaxınlaşdı. Sıçrayıb, bayrağın əskisindən yapışdı. Necə dartdısa, şakk eləyib, sapı sındı. Başı aşağı salanmağa başladı. Sanki, bu əski parçası da fərsiz övladları üçün xəcalət çəkirdi. Seyid  şəstlə içəri girdi. Tumboçkadakı əsgər yatmışdısa da yəqin bayrağın səsinə oyanmışdı. Əsgər Seyidi görən kimi özünü düzəltdi, əlini baş geyiminə aparıb öz dillərində nəsə bir söz qışqırdı. Qəfil gələn iri cüssəli, zəhimli bu qonağın iti baxışları qarşısında özünü itirən gənc əsgər birdən xatırladı ki “ YAT” komandası çoxdan olub, artıq səhərə yaxındı səhfini düzəltmək qərarına gəldi; uzun uzadı nəsə qışqırmağa başladı. Bu müddətdə Seyid ətrafı əməlli başlı incələdi; gün növbətçisi girişdə, silah otağının qapısının ağzında dayanmışdı.  Armaturdan olan qapı adam başı keçən iri şəbəkəli idi. İçəri göz gəzdirdi; silah-sursatdan başqa xeyli də üst-üstə yığılmış yeşik var idi- bunlar partapart partlayacaq ha…- Seyid düşündü. Solda bir neçə otaq var idi; rabitəçi otağın o saat tanıdı-qapının üstündə sovetin rabitəçi nişanı və ilan-qurbağa həriflərlə cədvəl var idi. Yəqin bu da zabitlər otağıdı- içəridən xorultu gələn otağın qapısına baxdı. Solda dəhlizin qurtaracağında böyük taybatay açılmış iki laylı bir qapı var idi- bura da əsgərlər yatan yerdi, deyə düşünürdü ki, qolu sarğılı bir əsgər bu qapıdan çıxıb, süngüsü dizinə dəyə-dəyə, yarı yıxıla, yarı dura səndələyə-səndələyə ona tərəf qaçmağa başladı. Seyid gün növbətçisinin lap yanında durmuşdu,  gələnə baxırdı. Növbətçi Seyidə lap çathaçatda sağ ayağı necə büküldüsə, dizi üstə yerə düşdü- yazıq deyəsən, lap pis yatıbmış, ayaqları tamam keyyib- Seyid ona sətr bir nəzər saldı və sadəcə başını buladı. Növbətçi cəld özünü düzəltdi,  əlini baş geyiminə apardı və yalnız,  indi qarşısındakının kim olduğunu anladı, lakin çox gec idi. Seyid alıcı quş kimi sol əli ilə onun kepkasının günlüyündən tutub, gözünün üstünə elə çədi ki, az qaldı boynu kökündən qopsun, ancaq qopmadı, çünki sağ əli ilə də boynunun kökündən yapışmışdı. Seyid əvvəlcə novbətçini göyə qaldırdı, ayaqları yerdən üzüldü. Sonra təxminən boyu səviyəsindən bayaqdan bu mənzərəni kirimişcə, seyr edən gün növbətçisinə necə çırpdısa yazıq yapışıb divarda qaldı – o, bu qəfil qonağın kim olduğunu, nə baş verdiyini hələ də anlaya bilmirdi.Yoxlamağa gələn zabitlərdən idi, ya köhnə əsgərlərdən idi, hələ araşdıra bilmirdi ki, kimdi bu. Bir də, hər gün döyülməyə adət etmiş əsgər üçün nə fərqi kimdi döyən. O, ancaq gözləyirdi ki, tənbeh nə vaxt bitəcək. Maraqlıdır ki, zabitlər otağından da gözə dəyən yox idi- görünür onlar üçün də belə səs- küy adi hal idi. Seyid sol əli ilə də gün növbətçisinin boynundan yapışıb, onları bir neçə dəfə dalbadal kəllə-kəlləyə necə vurdusa, ikisi də süst vəziyyətdə yerə düşdülər. Bu vaxt növbətçinin süngüsü silah otağının qapısına dəyib səs elədi. Seyid cəld onları buraxıb, rabitəçi otağı güman etdiyi qapıya qaçdı; səksəkəli yatan rabitəçi səsə oyana bilərdi. Seyid yanılmamışdı bu rabitəçi otağı idi, ancaq rabitəçinin dünya vecinə deyildi, telefonun dəstəyi əlində elə yatmışdı ki, top da atsan oyanmazdı. Seyid qıymadı onu oyatsın- yazıq elə şirin-şirin yatırdı ki… Seyid ustufluca telefonun dəstəyin onun əlindən aldı, qolun başının altından götürdü və telefonun şunurun boğazına doladı, var qüvvəsi ilə sıxdı. Rabitəçi bir-iki dəfə yüngülcə çapaladı vəssalam. Seyid bütün şunurları dartıb qopardı, aparatların işığı söndü. Seyid otaqdan çıxıb, qapını sakitcə örtdü. Xorultu gələn otağın qapısına iki əl qumbarası bərkidib, halqalarına jilka bağladı sonra şpilkaları düzlədi. Silah otağının qarşısında dayandı, dörd əl qumbarası da hazırlayıb, içəri qapının ağzına qoydu. Jilkaları cütləyib, girişdən bayıra çıxartdı və tez də içəri qayıtdı. Girişdə alt paltarında bayıra çıxan əsgərlə qarşılaşdı.Onu saxlamadı- yazıqdı, işi var qoy getsin. Əsgər də öz hayında idi, heç ona fikir vermədi. Sağa dəhlizi axıra qədər getdi. Taybatay açılmış qapıya çatanda əl qumbaralarının ikisi döyüş vəziyyətində idi. Çatdı, içəri bir addım atdı. Bir sağa, bir sola baxdı, iki mərtəbə əsgər çarpayıları dolu idi. İki-iki yatanlar da var idi. İlahi bu nə iy-qoxdu, bu nə üfunətdi, belə də insan yaşayarmı? – düşündü Seyid. Tez də fikrindən vaz keçdi, bunlar insan deyil ki, ermənidi, bunlara olar. İçəridən gələn baş çartladıcı üfunət qoxusu qeyri-iradi uşaq vaxtı hardasa gördüyü donuzxananı xatırlatdı Seyidə; qarınlarının altına qədər çirkabın içində olan donuzlar ora-bura vurnuxurdular, ancaq heç o donuzxanadan da bu iy gəlmirdi- bunlar donuzdan da murdar imiş ki,- düşündü Seyid və qeyzlə, sanki, hamının intiqamın alırmışcasına əl qumbaraların eyni anda çal-çarpaz, birini sağa, birini sola çarpayıların üstünə atdı- qoy gəlsinlər çıxışda gözləyirəm- dedi öz-özünə. Cəld silah otağının yanına qaçdı. Arxasınca əvvəlcə partlayış, sonra ah-nalə, tükürpədici bağırtı qopdu. İkicə dənə də əl qumbarası silah otağının içərisinə dığırladı və bayıra qaçdı- xorultu gələn otaq silah otağı ilə divar qonşusu olduğuna görə orda yatanları xorultusuna haram qatmadı Seyid, ancaq kim vaxtına qədər dözməyib, tez oyansa idi, Seyid onun hədiyəsin qapıdan asmışdı. Seyid əvvəlcədən nəzərdə tutduğu, girişə tam nəzarət edən mövqeyinə çatanda arxada çox güclü partlayış oldu- bu dəqiq əl qumbarası deyildi. O, elə diqqətlə baxırdı ki, görsün, bu nə idi. İkinci partlayış elə, güclü oldu ki, bina ortadan iki yerə ayrıldı. Bu anda Seyid cütlədiyi jilkanı da var gücü ilə çəkdi; bir, iki, üç… partlayış səsləri ucaldı. Əl qumbaraların səsi partlayan silah-sursatın içində güclə seçilirdi. Arada raket də uçurdu, mina da partlayırdı- bir sözlə əsil atəşfəşanlıq düzəltmişdi Seyid. İndi əlində lap birinci rastlaşdığı, “qorxu bilməz”, yatılı da gəzməyi bacaran “igiddən” aldığı avtomat, bu atəşfəşanlığı seyr edə-edə girişə nəzarət edir, bağıra-bağıra bayıra qaçanları bu əziyyətdən qurtarırdı. Seyid ötən müddət ərzində xoşbəxt etdiyi dığaların sayını itirmişdi, pəncərələr dəmir barmaqlıqlarla möhkəm bağlandığı üçün şərəfsizlər qapıdan çıxmağa məcbur idi. Seyid də onları səbirsızliklə gözləyirdi. Bu minvalla Seyid erməninin avtomatındakı patronların da hamısını atdı, sovetdən qalma sandıq çantasındakı dörd sandığı da boşaltdı. Bu avtomatı bura qoydu, kitelini və bretini  çıxardıb elə qoydu ki, baxan elə bilsin, kimsə var. Özü isə, gələndə gözaltı etdiyi ikinci mövqeyi tutdu. Bu,  dağılmış asfalt örtüyün qurtaracağında, həyətin kənarında köhnədən qalmış beton örtüklərin arası idi. Seyid burdan dairəvi müşahidə aparır, hər şeyi dəqiq görürdü. Bura həm də çıxış üçün rahat idi. Seyid istəsə idi, gəldiyi kimi də çıxıb gedərdi, ancaq onun planında dönüş yox idi- SONUNA QƏDƏR İRƏLİ…

Seyidin saatdan xəbəri olmasa da, hiss edirdi ki, səhərə çox az qalıb Gündağanda dan yeri sökülürdü.

Bu vaxt bir az uzaq da partlayış səsləri eşidildi; bir, iki, üç… hə təlyə siçan düşüb, – düşündü Seyid. İndi harda olsalar gəlib çıxarlar. Mövqeyini bir də yoxladı Seyid. Sağdan-soldan, öndən-arxadan təhlükə yoxdu, lap top atsınlar. Düşmən düşərgəsi demək olar ki, yanıb qurtarmaq üzrə idi. Ara-sıra tək-tək əsgərlər atəş açsalar da yaxına gəlməyə heç kəs cürət etmirdi. Seyid alt paltarında qaçanların heç birinə güllə atmadı, axı ata-babadan eşitmişdi ki, igid basdığın kəsməz, həm də o, qabağına duracaq adam axtarırdı, maləsəf, burda beləsi yox idi… Arada, ordan – burdan əsgərlərin necə qorxa-qorxa ona tərəf  boylandığın görürdü. Elə bil, onlar atəş etməyə də qorxurdular, sanki, kimisə gözləyirdilər. Seyid birdən xatırladı ki, axı bunlar kölgəsindən qorxanlardı, yəqin dovşandan qorxanları gözləyirlər. Qoy gəlsinlər- düşündü Seyid. Artıq sübhün ilk işartıları sezildiyi anda həyətə girən maşınların uğultusu eşidildi və eyni anda hər tərəfdən güllə yağmağa başladı, ancaq Seyid tələsmir, yaxınlaşmaların gözləyirdi- boşa güllə atmaq istəmirdi. Gəlin şərəfsizlər, bir balaca şərəfiniz varsa yaxınlaşın deyə-deyə gözləri önündə “Uzaq sahillərdə” filmində Mehdinin meydanın ortasında düşmən əsgərlərini gözləmə səhnəsi canlanırdı.Yox-yox Seyid heç bir şəraitdə özünü partlatmazdı- özünə xəsarət yetirməyin ən böyük günah əməllərdən biri olduğunu lap körpəlikdən bildiyi üçün bu barədə heç vaxt fikirləşməmişdi belə. Silah-sursatını bir daha yoxladı öz avtomatından demək olar ki, bir-iki güllə atıb- hələ onunla xeyli atışmaq olar. Bütün sandıqları doludur. Hələ cibində  dolu  daraqlar da var. Üç dənə əl qumbarası var. Tüstü şaşkaları da burdadı lazım olar.

Gəlin, gəlin – desə də, dovşandan qorxanlar uzaqdan səs- küy eləməyə üstünlük verirdilər. Seyid bunların  da sırasına vər saldı. Seyid gördü ki, əl damının arxasında biri digərlərini başına yığıb, nəsə göstəriş verir. Burdan ora 35-40 metr ancaq olardı. Ya Allah deyib, iki əl qumbarasın elə ustalıqla atdı ki, dalbadal topanın tən ortasına düşdü. Elə bil, arının yuvasını qurdaladın. Bundan sonra dovşandan qorxanlar dovşan kimi dazışmağa başladı. Seyid ovladığı dovşanların sayını çoxdan itirmişdi. Şərəfsizlər əl qumbara atanlarından və avtomatik qumbara atanlardan atmağa başladılar. Hər mərmi beton örtüklərə dəydikcə, qopan qəlpələrdən çox, səs-küy, uğultu Seyidin beynini içəridən yeyirdi. O, bir peşəkar kimi insan orqanizminin bu vəzyyətdə çox davam gətirə bilməyəcini bilirdi, ancaq mümkün qədər çox, çox dovşan ovlamaq lazımdı, yol azuqəsi üçün- o, düşündü. Hiss edirdi ki, istəmədiyi hərəkətləri edir, beyni sarsıdıcı uğultunun, canqa-curuq səs-küyün içində sızıldayırdı. Yaralanmasa da, özünü yaxşı hiss etmirdi. Lazım olmadığı anda qalxır, fırlanırdı. Qəflətən gicgahında arı sancdı sanki, əlini başına apardı, deyəsən başına nəsə dəymişdi. Yəqin, “AQS” qəlpəsidi, gör a, bir belə ehtiyatla hazırlaş, dəbilqəni götürmək yaddan çıxsın, indi əgər başımda olsa idi, heç bu zibil də başıma dəyməzdi, bir az da qırardım bu şərəfsizlərdən, ona görə komandirlər həmişə deyərdi ki, “kaska” əsgərin ikinci başıdı, döyüşə “kaska”-sız gedən elə bil, bir başla gedir, ona da bir şey olanda, bax belə olur – dedi öz-özünə Seyid, ancaq hər şey qaydasında idi, Seyid axırıncı əl qumbarasın yaxınlaşmaq istəyən qrupun üzərinə atdı. Bir yandan uğultu, bir yandan yaralı dovşanların cığıltısı Seyidin beyninə işləyirdi. Gözü açıq olsa da, arada sanki, yumulur, gözünün qabağına dağlar gəlir, həmişə Günəşin batdığı yerdə, Günbatanda GÜNƏŞ doğurdu. O, başını silkələdi- əstəğfirullah, bu nədi o, Gündoğana baxdı dan yeri al qana boyanmışdı, ancaq Günəş dağların arxasında doğmaqda idi, Günbatanda. Seyid ani olaraq nəsə düşünüb, tüstü şaşkasının birini çəkib, atdı. İkincisini də onunun bir az qabağına atdı. Ətrafı qırmızıya, boza çalan göy tüstü bürüdü. Seyid mövqeyindən çıxıb, sökülmüş asfalt örtüklə torpağa tərəf getdi. İndi o, örtüyün qurtardığı yeri, bizim bağlardan sökülən beton dirəkdən olan səkini aydın görürdü. Bu anda çıp, çıp iki səs gəldi qulağına, öndən bir balaca sağ tərəfdən sanki, iki arı eyni anda sancdı. Bu, it arıları ilə çox oynadım a, deyəsən – düşündü Seyid. Sol böyründə ağrı hiss etdi, əlini yumşaq komfilyaj köynəyinin üstü ilə aşağı sürüşdürdü. Solda, aşağıda baş barmaq girən yara açılmışdı, bu da son – düşündü Seyid. Üzünü göyə tutub, Allahım, bu mərtəbəni mənə çox görmə, yaralı bu şərəfsizlərə əsir etməginən- dedi. Üstündə quru otlar olan torpağı görürdü. İstədi ora çatıb, torpağın üstünə uzanıb, dincəlsin. Səkiyə üç-dörd addım var idi, hər tərəf tüstü idi, hiss etdi ki, iki dəstəkli avtomatı ona ağırlıq edir istədi atsın, ancaq  komandirlərinin sözü qulağında cingildədi:-  “Əsgərin silahı arvadından irəlidir!”- atmadı, avtomat özü sürüşüb düşdü əlindən. Bir, iki addımladı, səkiyə çatdı, indi beş-altı santılıq səki onun qabağını kəsmişdi. Bu qədər dağları, dərələri aşasan bir “barduru” keçə bilməyəsən- düşündü Seyid. Son gücünü toplayıb, bir addım da atdı, nəsə,  nə vaxtsa murdar dığaların əli ilə tökülmüş asfalta yıxılmaq istəmirdi. İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü… Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az… Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq  göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü,  gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi… Sanki, kimsə onu gəzdirirdi; bura Ağdərədi, bura Kəlbəcərdi, bura Laçındı, bura Göyçədi, bura Borçalıdı,bura Dərbənddi, bura İrəvandı, bura Zəngəzurdu, bura Təbrizdi,   bura Füzulidi, bura Zəngilandı, bura Qubadlıdı, bura Cəbrayıldı, bura Xocavənddi, bura Ağdamdı, bura Xocalıdı, bura Xankəndidi, bura Şuşadı- Qaladı eee, Qala- bura QARABAĞDI- bura dünyanın mərkəzidi, bura bəşəriyyətin beşiyidi, bura ADƏMİN vətənidi, bura AZƏRBAYCANDI, bu torpaqlar türk oğluna UCA TANRININ ərmağanıdı, bu torpaq Adəmin yoğrulduğu torpaqdı, bu torpağın uğrunda ŞƏHİD olmaq hər kəsə nəsib olmur… O, quş kimi idi, sərhəd tanımırdı. Elə bil, bir az əvvəl   bir səkinin əlində aciz qalan adam deyildi. Üzü Günbatanda doğan Günəşə doğru gedirdi. Birdən dayandı mən hara gedirəm belə, bəs bu mənə deyilənləri necə çatdırım Vətən oğullarına, düşüncəsi ilə uçdu göylərə…

İndi, Günbatanda bir ulduz parlayır, elə parlayır, elə parlayır ki, sanki, gəl, gəl, bu tərəfə gəl, buralar səni gözləyir deyir…

07-21 fevral 2011. BAKI.

   

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ÇALIŞMALAR

 

 

 

 

 

 

 

 

 

TÖVSİYƏLƏR

 

 

 

Öyrədənlərə

 

Çalışın ki, öyrənənlər sualları sərbəst cavablandırsınlar. Siz sadəcə onlara məlumat mənbələrin tapmaqda köməklik edin; bu mənbə internetdəki müxtəlif axtarış sistemləri ola bilər.

 

Öyrənənlərə

 

Bu çalışmaları yerinə yetirməklə, əsərdə bədii dillə təsvir olunmuş hadisələrlə real həyat arasında əlaqə yaratmış olacaqsız ki, bu da əsərin qayəsinin, məramının tam açılmasına xidmət edir.  Bu suallara cavab vermək çox asandı, dostum, düşün bir az…

 

 

 

 

Çalışma 1.

 

Əsgərlərin Seyid deyə müraciət etdiyi qəhrəman kimdi?(adı, soyadı, nə vaxt və harda doğulub, harda yaşayıb, o, nəyə dözə bilmirdi, nə vadar etdi ki, hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarına qayıtdı) Bu sualı mümkün qədər tam və dolğun cavablandırmaqla, kiçik bir inşa yazmağa çalış. İnşaya adı özün seç.

 

 

– …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 2

 

Azərbaycanın xəritəsini gözlərin önündə canlandırmaqla ( xəritədən istifadə etmək də olar) düşmənlə təmas xətinin keçdiyi rayon və kəndlərimizin siyahısını tərtib etməyə çalış.

 

– …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 3.

 

Təmas xətinin keçdiyi rayonlardan, kəndlərdən biri haqqında (yeri, reliyefi, mənzərələri, iqlimi) inşa yaz. Adını özün seç.

 

– …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 4.

 

Çalışma 3-də haqqında yazdığın bölgədən olan bir qəhrəman haqqında sərbəst mövzuda inşa yaz.  Mütləq orda da bir qəhrəman vardır.( istədiyin qəhrəmanlıq və hadisə barədə yaza bilərsən)

 

-…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 5.

 

Qəhrəmanımız hansı hərbi rütbəni daşıyırdı? Azərbaycan Ordusundakı hərbi rütbələri və rütbə nişanlarını yaz və öyrən.( bunun üçün böyüklərin yardımından və dərslikdən istifadə edə bilərsən)

 

– …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 6.

 

“Vətəni sevmək imandandır” adlı sərbəst mövzuda inşa yaz. Sualları özün tərtib et.

 

– …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 7.

 

Sən Vətən üçün nə edəcəksən? Fikirlərini qeyd et, oxu və düşün daha nələr etmək olar.

 

-…

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 8.

 

Azərbaycanın işğal altında olan rayonlarının siyahısın tərtib et və hər biri haqqında ayrılıqda qısa məlumat yaz.

 

– …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. AĞDAM.

 

 

 

 

 

 

 

 

 

 

 

  1. AĞDƏRƏ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. CƏBRAYIL

 

 

 

 

 

 

 

 

 

 

 

ç) FÜZULİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. XANKƏNDİ

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. XOCAVƏND

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ə)KƏLBƏCƏR

 

 

 

 

 

 

 

 

 

 

 

  1. QUBADLI

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. LAÇIN

 

 

 

 

 

 

 

 

 

 

 

ğ) ŞUŞA ( QALA)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  1. ZƏNGİLAN

 

 

 

 

 

 

 

 

 

  1. x) əlavə olaraq işğal altında olan istədiyin kənd və qəsəbə haqqında yaza bilərsən.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 9.

 

Xocalı haqqında sərbəst movzuda inşa yaz. Adın özün seç.

 

– …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 10.

 

Tarixən mövcud olmuş Türk tayfaları haqqında məlumat toplamağa çalış.

 

– …

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 11.

 

İndi Azəri türklərinin yaşadığı ərazilərdə tarixən movcud olmuş dövlətlər və onların sərhədləri barədə məlumat toplamağa çalış.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Çalışma 12.

 

İşğal altında olmayan, lakin başqa ölkələrin sərhədləri daxilində yaşayan Azəri türkləri barədə yaz.

 

 

 

 

 

 

 

 

Çalışma 13.

 

Kərkük türkmənləri və Qaqauzlar haqqında nə bilirsən?

 

 

 

 

 

 

 

 

 

 

 

Maraq üçün

 

Zaur Ustac 1988- ci ilin May ayından etibarən, ehtiyac olan məqamlarda mütamadi olaraq, dövri mətbuatda və əsasən qapalı auditoriyalarda çıxış edir. Ara- sıra yenə, yeri gəldikcə şeirlər yazır.

Ustaca görə, yazarlar, ancaq yazarlar… Yəni şübhəsiz ki, hikmət və söz  Uca Tanrıya məxsusdur.

Biz sadəcə diktə olunanları qələmə alan, qələm tutan qullarıq- qələmin sahibi də odur…

 

 

– Ustaclıyam, əlim ərşi-əlada,

Bu nə sitəm, millətim nə bəlada???!!!

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Müəllif: Zaur Ustac

 

Kitabın adı: “Oriyentir ulduzu”

 

Məqsəd: Yeniyetmə və gənclərdə vətənpərvərlik hissini gücləndirmək.

 

Tövsiyə: Çalışın tapşırıqları yerinə yetirəsiz.

 

Kitab “ Yazarlar” jurnalının kompyuterində yığılıb.

 

Kompyuterdə yığdı: Gülü.

 

 

Redaktə və bütün hüquqlar müəllifə məxsusdur.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma