Zaur USTAC: – MİN ŞÜKÜR şeiri.

ustc

MİN ŞÜKÜR

Bir yaqut gizlidi sədəf dalında,
Misli yox ölçülə sərraf dalında,
Min kəlmə şəlləyib əlif dalında,
Dildən dilə süzdürənə min şükür…
* * *
Dədəm, babam nəğmə deyib, söz qoşub,
Kəsə gedib, doğru deyib, düz qoşub,
Məclis qurub, min oxuyb, yüz qoşub,
Teldən telə gəzdirənə min şükür…
* * *
Ustac deyər, hardan gələr bilinməz,
Ha deyilə, yeri dolar bilinməz,
Gülər gözdən qəm süzülər bilinməz,
Eldən elə gəzdirənə min şükür…..
20.10.2016. 12:57 (16’) Bakı.

Müəllif: Zaur Ustac

 

MÜƏLLİFİN ÖZ SƏSİ İLƏ:

© Zaur USTAC,2018. Bakı.

Advertisements

Zaur USTAC GÜLSÜN şeiri

ustc

Gülsün   şeiri  Zaur USTAC -ın  “USTADNAMƏ”  kitabında  olan

şeirlərindən  sadəcə  biridir…. və  beləliklə;

Gülsün

Bir baxıb, baxmamaq olurmu, Gülüm?
Dil qəlbin oxusun, göz gözə gülsün…
Qaynayıb, axmamaq olurmu, Gülüm?
Sözlər gül qoxusun, göz gözə gülsün…
* * *
Al rəngli tər qönçə bəzək gül üzə,
Ruhun mehman ola, gəzək gül üzə,
Süz dolsun qədəhlər içək, gül üzə,
Üz üzə toxunsun, göz gözə gülsün…
* *
Ustacam, söyləməm, heç zaman yarın,
Çoxdan cəzbindəyəm, sənin tək yarın,
Əgər, inanmırsız bu qəlbi yarın,
Arzular qovuşsun, göz gözə gülsün…
22.05.2015. Bakı.

Muellif: Zaur Ustac